Səhiyyə naziri Ekaterine Tikaradzenin sözlərinə görə, məktəb və
uşaq bağçalarına ünvanlanan tövsiyələrin pozulması halında, dövlət
təhsil müəssisəsinin bağlanması da daxil olmaqla faktlara dərhal
qarşılıq verəcək.
Tikaradze bunu hökumət iclasından sonra bildirib.
"Dəfələrlə, bildirimişəm ki, hər şeydən əvvəl
məsuliyyətimizi yüksəltməliyik. Tövsiyələr bizim düzgün əməkdaşlıq
etməyimiz və koronavirusla birlikdə yaşamağı öyrənməyimiz üçün
kifayət etməsi lazım olduğunu izah etməyə çalışmışam. Əlbətdə ki,
bu mərhələ üçün bütün bunlar tövsiyə xarakteri daşıyır, çünki
məqsədimiz məktəblərə, müəllimlərə, şagirdlərə və ya valideynlərə
cərimə yazmaq deyil, müəyyən qanun pozuntuları olduğu təqdirdə
uşaqlarımızın təhlükəsiz bir mühitdə öyrənmələrini təmin etmək üçün
dərhal qarşılıq verəcəyik.
Qarşılıq vermək dedikdə isə, bu qarşılıq lazım olacaqsa, əlbəttə
ki, məktəbin bağlanacağı, bütün sanitar normaların nəzərdən
keçiriləcəyi və tətbiq ediləcəyi deməkdir. Onlara əlavə tövsiyələr
veriləcək, əlavə təlimlər keçiriləcək. Yalnız bundan sonra
təhsillərini davam etdirə biləcəklər”, – deyə
Ekaterine Tikaradze bildirib.