MSK-nın mətbuat katibi Ana Melikidzenin bildirdiyinə görə, seçki
administrasiyasının tövsiyəsi karantində olanlara seçim etmək
hüququ verilməsidir.
Melikidzenin sözlərinə görə, bu məsələ ilə bağlı qərarın qəbul
edilməsinə mütəxəssislər, müşahidəçi təşkilatlar və siyasi
partiyalar qoşulacaq.
“Ola bilsin ki, karantin məkanlarında koronavirusa
yoluxmuş xəstələr var və xəstəlik əlamətləri qeydə alınmır. Bu
halda seçki administrasiyası müəyyən dəyişiklik etməyə çağırır.
Ancaq əsas odur ki, hələlik qərar qəbul olunmayıb. Virusa
yoluxanların seçkilərdə iştirak etməsi ilə bağlı hər hansı qərar
qəbul edən zaman mütəxəssislər, siyasi partiyalar və müşahidəçi
təşkilatlar qoşulacaq. Qeyd etmək lazımdır ki, seçki təhlükəsiz
şəraitdə keçirilməlidir. Hər bir vətəndaşın seçkidə iştirak etmək
hüququ olmalıdır, ancaq eyni zamanda bu prosesə qoşulan adamlar da
nəzərə alınmalıdır. Onlar: məntəqə seçki komissiya üzvləri,
müşahidəçilər, siyasi partiya nümayədnələri, mətbuatdır. Məsələ elə
müzakirə olunmalıdır ki, ümumi konsensus olsun”, –
Ana Mikeladze bildirib.
Onun sözlərinə görə, karantin zonalarında seçki məntəqələri açıla
bilər və eləcə də səyyar qutu da ola bilər. Mikeladze bildirib ki,
bu karantin zonasında olan seçicilərin sayından asılıdır.
Belə ki, MSK-nın mətbuat katibinin sözlərinə görə, maskası olmayan
seçicilər seçki məntəqəsinə girə bilməyəcək.
“Seçiciləri seçki administrasiyası maska ilə təmin
edəcək. Eləcə də hər bir seçiciyə fərdi qələm verməklə bağlı da
işləyirik. Seçki komissiyasının üzvləri müvafiq arakəsmələrlə təmin
olunacaqlar. Bundan əlavə maska, birdəfəlik əlcəklər də veriləcək.
Davamlı olaraq məntəqələrin, binanın xüsusi dezinfeksiya məhlulu
ilə təmizlənməsi həyata keçiriləcək”, – Ana Mikeladze
deyib.