Səhiyyə Nazirliyinin məlumatına görə ölkədə hazırda 198 mindən artıq PCR test ehtiyatı var

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin ehtiyatında 7 sentyabra olan vəziyyətə görə 198 611 PCR test gətirilib.



Bu haqda “İPN”-ə Səhiyyə Nazirliyindən bildiriblər. Onların məlumatına görə, 7 sentyabr tarixinə olan məlumata əsasən ümumilikdə 1 060 000 PCR test alınıb, həmçinin: Nazirliyin məlumatına görə, Dünya Bankının Covid-19-a sürətli reaksiya göstərmək layihəsi çərçivəsində layihənin başlaması günündən bu günə qədər 670 000 PCR test alınıb. Cari müqavilələrlə isə 390 000 test əldə olunub.

Səhiyyə Nazirliyindən bildiriblər ki, 31 yanvar tarixindən bu günə qədər laboratoriyalarda 421 695 PCR test edilib.

Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı 26 fevral tarixində qeydə alınıb. Həmin gündən bu günə qədər isə ölkədə 1773 təsdiqlənmiş yoluxma baş verib. 1325 nəfər sağalıb, 19 nəfər isə dünyasını dəyişib.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər