Marneuli və Qardabaninin 13 saylı dairəsində, seçki məntəqlərinin komissiya üzvlərini seçirlər
2020-ci ilin Parlament seçkiləri üçün Marneuli və Qardabani hissəsi 13 saylı majoritar dairə olaraq birləşib.

13 saylı majoritar dairədə ümumilikdə 122 seçki məntəqəsi var. Ondan 90 məntəqə Marneulidə, 32 məntəqə isə Qardabani bələdiyyəsində yerləşir.

Marneulinin 22 saylı Seçki dairə komissiyasının sədri Ani İluridze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə seçki məntəqələrinin komissiya üzvlərinin seçimi aparılır.

“5 sentyabrdan 9 sentyabra qədər biz elektron və fiziki olaraq seçki administrasiyasında çalışmaq istəyən müsabiqə iştirakçılarının ərizələrini qəbul etdik. Seçim meyarları yaxşı peşə və seçki təcrübəsi, seçki administrasiyasında ixtisaslı və müstəqil çalışmaq təcrübəsi, seçki administrasiyasında çalışan zaman son iki il ərzində dəfələrlə götürülmüş dissiplin cavabdehliyi ölçülərinin olmaması və eləcə də seçki administrasiyasının təhsil proqramlarına qoşulan adamlara üstünlük veriləcək. Həmin proqramlar “Seçki inkişaf məktəbi”, seçki administrasiyasının kurslarıdır. Bu il ilk dəfə innovasiya layihəsini, yay düşərgələrini həyata keçirdik. Çox maraqlı və vacib layihədir”,– Ani İluridze dedi.

Marneulinin 22 saylı seçki dairə komissiyasının sədrinin sözlərinə görə, indiki mərhələdə ərizələrin müzakirə olunması prosesi gedir və yaxın gələcəkdə seçki məntəqə komissiyasının üzvləri toplanacaq. Hər bir məntəqə altı komissiya üzvündən ibarət olmalıdır.

Marneuli və Qardabaninin 13 saylı majoritar dairəsində fiziki imkanları məhdudiyyətli şəxslər üçün adaptasiya olunmuş 15 məntəqə fəaliyyət göstərəcək. Həmin məntəqələrdən ikisi asan adaptasiyalı, 13-ü isə pandusludur.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər