Dünyada son 24 saat ərzində koronavirusa yeni 307 930 yoluxma
halı qeydə alınıb.
Pandemiya başlayan gündən bu ən yüksək gündəlik göstəricidir – bu
haqda Dünya Səhiyyə Təşkilatı məlumat yayımlayıb.
Təşkilatın məlumatına görə dünyada ötən gündüz-gecə ərzində
Covid-19-dan daha 5 537 nəfər dünyasını dəyişib və ölənlərin sayı
ümumilikdə 917 417 nəfər çatıb.
Ən yüksək yoluxma halı 94 372 yeni hal Hindistamda, 45 523 ABŞ-da,
43 718 yoluxma isə Braziliyada qeydə alınıb.
ABŞ-da, eləcə də Hindistanda ötən gündüz-gecə ərzində 1000-dən
artıq adam virusdan dünyasını dəyişib, Braziliyada isə 874 fatal
hal qeydə alınıb.
Dünya Səhiyyə Təşkilatı yoluxma hallarının gündəlik rekord
göstəricisi olaraq 6 sentyabr tarixini qeyd edib. Həmin gün dünyada
306 857 yeni yoluxma baş verib. Ən çox fatal hal isə 17 apreldə
təsdiqlənib. Həmin gün 12 430 adam virusdan dünyasını dəyişib.