Batumi doğum evində koronavirusa yoluxan hamilə qadınların sayı
artdı.
Klinika həkimi Nuqzar Papavanın dediyinə görə, müəssisədə biri 38
həftəlik olmaqla, 12 koronavirusa yoluxmuş hamilə qadın müalicə
olunur.
Həkimin sözlərinə görə, yoluxmuş hamilə qadınların sağlamlıq
vəziyyəti stabildir, şikayətləri yoxdur.
"Dörd hamilə qadın da əlavə oldu və bu mərhələdə ümumi 12 yoluxmuş
hamilə qadın var. Onlardan biri 38 həftəlik hamilədir.
Xoşbəxtlikdən, hamsının xəstəliyi simptomsuz keçir və sağlamlıq
vəziyyətləri qənaətbəxşdir.
Xəstələr üçün hər cür şəraitimiz var. Həkimlərin nəzarəti
altındadırlar. Ümumilikdə 30 yoluxmuş xəstəni birdən qəbul edə
bilərik,", – Nuqzar Papava dedi.