Marneulinin Daştəpə kəndində yaşayan Quliyevlər ailəsi Şulaveri
polis idarəsinin əməkdaşı Babək Allahverdiyevi onları hədələməkdə
ittiham edir.
Bu gün, 25 sentyabr tarixində Daştəpə ictimai məktəbinin
yaxınlığında Vahid Milli Hərəkatın Qardabani və Marneuli seçki
dairəsindən majoritar deputatlığa namizədi Azər Süleymanovun
plakatı cırılıb. Məleykə Quliyeva hadisənin şahidi olub. Onun
məktəbin qarşısında kiçik piştaxtası var. Quliyeva plakatları cıran
gəncə iradını bildirsə
də, özünün dediyinə görə, nəticədə onu həbs
etməklə hədələyiblər.
Quliyevanın sözlərinə görə, gənclərə Azər Süleymanovun plakatını
cıran zaman mane olduqdan sonra polis Babək Allahverdiyev onun
qardaşına zəng vuraraq deyib ki, Məleykəni axtarırlar.
"Marneuli" radiosu Babək Allahverdiyevlə əlaqə saxladı.
Allahverdiyev bizimlə söhbəti zamanı ona qarşı ittihamları qəti
təkzib etdi və əlavə məlumat almaq üçün bizi Daxili İşlər
Nazirliyinin Mətbuat Xidmətinə istiqamətləndirdi.
Marneuli radiosu hələ də DİN-dən cavab gözləyir.