Qondarma Dağlıq Qarabağ Respublikası Müdafiə Nazirliyinin
məlumatına görə, Azərbaycan əsgərləri ilə silahlı qarşıdurma daha
26 döyüşçü həyatını itirib və ölənlərin sayı ümumilikdə 84 nəfərə
çatıb, – məlumatı "Əl-Cəzirə" yayıb.
Məlumata görə, bundan əlavə mülki əhali arasında da itkilərin sayı
11-ə çatıb, onlardan 9-u Azərbaycanlı,
2-si Erməni olub və
ümumilikdə 95 nəfər münaqişə nəticəsində dünyasını dəyişib.
Xatırladaq ki, Dağlıq Qarabağdakı Ermənistan və Azərbaycan
hərbçiləri arasında silahlı qarşıdurma sentyabrın 27-də
başlayıb.