Didube rayonu İcra Başçısı İrma Zavradaşvilinin verdiyi açıqlamaya
görə, Eliava bazarının sahibi yanğının baş verdiyi bazarın
sığortalandığını deyib.
İrma Zavradaşvilinin jurnalistlərə verdiyi məlumata görə, dünən
gecə radələrində yanğın təxminən 1000 kvadratmetr əraziyə
yayılıb.
"Təxminən 1000 kv.metr, yəni 14-15 dükan yanıb. Əsasən
ağac və plastik material olduğundan vəziyyət çox təhlükəli idi.
Lakin təhlükə aradan qaldırılıb. Buranın sahibi deyir ki, ərazi
sığortalanıb. Yanğının səbəbləri barədə danışmaq hələ
tezdir”, – deyə Zavradaşvili vurğulayıb.
Məlumat üçün bildirək ki, dünən gecə radələrində Eliava bazarında
yanğın baş verib, taxta anbarı və bir neçə mağaza yanıb.