Bizim nəticəmiz budur ki, Azərbaycan qüvvələri Qarabağda kaset bombalarından istifadə ediblər – Amnesty
“Amnesty International” təşkilatının mütəxəssisləri, Azərbaycan silahlı qüvvələrinin Stepanakertə (Xankəndi) qarşı kaset bombalarından istifadə etdiklərini bəyan edib.

“Bu həftə sonu, Dağlıq Qarabağın faktiki hökuməti, kaset silahlardan istifadə olunduğunu əks etdirən görüntülər yayımladı. Ayrıca Stepanakert (Xankəndi) və Şuşanın bombalanması nəticəsində bir çox mülki vətəndaşın öldüyünü söylədilər”, – deyə beynəlxalq təşkilat yazıb.

Təşkilatın bəyanatına görə, mütəxəssislərin fikrincə, Azərbaycan qüvvələri Stepanakertə qarşı İsrail istehsalı M095 DPICM kaset bombasından istifadə edib.

"Kaset bombalarının istifadəsi, hər halda beynəlxalq humanitar hüquqa görə qadağandır, bu mülki bölgələrə edilən hücumlar üçün xüsusilə təhlükəlidir və çoxsaylı ölüm və yaralanma ilə nəticələnir", – deyə "Amnesty"-nin Şərqi Avropa və Orta Asiya rəhbəri Denis Krivoşeev qeyd edib.

“Amnesty International”-dan verilən məlumata görə, kaset bombası, yüzlərlə kiçik mərmisinin geniş miqyaslı partlayış zamanı tək-tək böyük sahəyə yayıldığına görə, mülki şəxslər üçün xüsusilə təhlükəlidir. Bununla birlikdə, bombaların 5-20%-i partlamır və bu da yerlərində qaldıqda mülki vətəndaşlar üçün əlavə bir risk yaradır.

"Güclənən döyüşlər fonunda mülki insanlar qorunmalı, hədəf alınmamalı və istəmədən təhlükəyə məruz qalmamalıdır", – “Amnesty International” 5 oktyabr tarixli açıqlamasında bildirib.

Qarabağın De-fakto ombudsmanı Artak Beqlaryan “Twitter”-də “Amnesty”-nin yazısından məmnun olduğunu yazıb.

Azərbaycan tərəfi isə hələ "Amnesty"-yə cavab verməyib.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər