Ermənistan və Azərbaycan bir-birlərini artilleriya bombardmanını yeniləməkdə günahlandırırlar
Ermənistan və Azərbaycan bir-birini atəşkəsi pozmaqda və artilleriya bombardmanını yeniləməkdə günahlandırır.

"Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi bölgələrində artilleriya bombardmanlarına başladı", – deyə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Digər bir məlumatı isə öz növbəsində Ermənistan Müdafiə Nazirliyi yayır və Azərbaycan Silahlı Qüvvələrini ağır toplardan istifadə etməkdə günahlandırır.

“Azərbaycan silahlı qüvvələri Artsaxı ağır toplarla bombalamağa davam edir. Onlar şimaldan və cənub-şərqdən hücum edirlər", – Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan deyib.

Məlumat üçün bildirək ki, Azərbaycanla Ermənistan arasında tərəflərin Moskvada əldə etdikləri və 10 oktyabr saat 12:00-da qüvvəyə minən atəşkəs razılaşması qüvvədədir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər