Ermənistan və Azərbaycan bir-birini atəşkəsi pozmaqda və
artilleriya bombardmanını yeniləməkdə günahlandırır.
"Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozaraq
Goranboy, Tərtər, Ağdam və Ağcabədi bölgələrində artilleriya
bombardmanlarına başladı", – deyə Azərbaycan Müdafiə
Nazirliyinin açıqlamasında bildirilib.
Digər bir məlumatı isə öz növbəsində Ermənistan Müdafiə Nazirliyi
yayır və Azərbaycan Silahlı Qüvvələrini ağır toplardan istifadə
etməkdə günahlandırır.
“Azərbaycan silahlı qüvvələri Artsaxı ağır toplarla
bombalamağa davam edir. Onlar şimaldan və cənub-şərqdən hücum
edirlər", – Ermənistan Müdafiə Nazirliyinin mətbuat
katibi Şuşan Stepanyan deyib.
Məlumat üçün bildirək ki, Azərbaycanla Ermənistan arasında
tərəflərin Moskvada əldə etdikləri və 10 oktyabr saat 12:00-da
qüvvəyə minən atəşkəs razılaşması qüvvədədir.