Marneulidə koronavirusun qarşısının alınması məqsədilə müxtəlif
obyektlərə nəzarətin sərtləşdirilməsi planlaşdırılır.
Bu barədə Marneuli merinin səlahiyyətlərini icra edən Zaur
Tabatadze Bələdiyyə Məclisinin iclası başa çatdıqdan sonra bildirdi
və deputatları maksimum dərəcədə koronavirusun qarşısının alınması
tədbirlərinə qoşulmağa çağırdı. Zaur Tabatadze qeyd olunan bəyanatı
son dövrdə koronavirusun artması hallarında görə verib.
“Səhiyyə Nazirliyindən, Səhiyyə Mərkəzindən,
quberniyadan da göstəriş veriblər. Maksimum dərəcədə nəzarət edin
və əhaliyə izah edin ki, maska taxsınlar. Praktiki olaraq başqa
qoruyucu vasitə yoxdur. Doğrudur narahatçılıq yaradır, ancaq
yaşamaq istəmirikmi? Bu narahatçılığa birtəhər dözməliyik və
uyğunlaşmalıyıq. Əks halda heç kim bilmir bizi nə gözləyir. Dünən
sizlərdən yəqin ki, hamınız Amiran Qamkrelidzenin çıxışını
dinləyirdiniz. Adam bildirdi ki, virus dörd xəstəliyi olan insanlar
üçün daha təhlükəlidir. Bu virusa yoluxmuş daha çox adamın
dünyasını dəyişməsi ehtimalı var.”
Zaur Tabatadzenin sözlərinə görə, o, meriyanın müvafiq xidmətlərinə
Marneulidə vəziyyətə maksimum nəzarət etmək üçün tapşırıq
verəcək.
“Mən xidmət rəhbərlərinə yenə xəbərdarlıq edəcəyəm və Nəzarət
Xidmətinə də tapşırıq verəcəyəm ki, banklara, mağazalara və bazara
ciddi nəzarət etsinlər. Bir-birimizə kömək etməliyik və
bir-birimizə qoruyucu vasitələrdən istifadə etməyimizin vacib
olması haqda daha çox məlumat verməliyik”, – Zaur
Tabatadze dedi.
“Marneuli” raidosunun jurnalistinin bu gün Marneuli mqiyasında neçə
nəfərin koronavirusa yolxuması baarədə sualına Zaur Tabatadze cavab
vermədi və bizi ənənəvi olaraq meriyanın Mətbuatla Əlaqələr
Şöbəsinə yönləndirdi. Xidmətdən isə son bir neçə gündür bizə
məlumat vermirlər. Jurnalist Zaur Tabatadzeyə İctimai Səhiyyə
Mərkəzindən və mətbuat xidmətindən bizə məlumat verilmədiyini
xatırlatdıqdan sonra o, bizi bir daha Mətbuatla Əlaqələr Şöbəsinə
yönləndirdi.
“Marneuli” radiosu hələ də Marneulidə koronavirusa yeni yoluxma
halları barədə məlumat gözləyir.
Əldə olunan məlumata görə, Kvemo Kartli miqyasında bu gün
koronavirusa yoluxanların sayı 44 nəfərdir. Baş nazir Qiorqi
Qaxarianın sözlərinə görə, sabahdan Tbilisi və İmeretidə əyləncə
yerləri saat 22:00-dək işləyəcək.