Marneuli bələdiyyəsi miqyasında 6 məktəbdə 19 sinif koronavirusa
görə bağlanıb və distant rejimə keçib.
Marneuli Təshil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərovun “Marneuli”
radiosuna bildirdiyinə görə, məktəblərin distant təhsil rejiminə
keçməsinə müəllim və şagirdlərin koronavirusa yoluxması səbəb olub.
Bəzi hallarda isə siniflər koronavirusa yoluxanlarla təmasda
olduğuna görə bağlanıb.
“Bu günə olan vəziyyətə əsasən Baydar, Qasımlı, Sadaxlı
2 saylı, Böyük Bəylər və Marneuli şəhər beş saylı ictimai
məktəbləri qismən distant rejimə keçib.”
Ömərovun sözlərinə görə, heç bir məktəbin tam bağlanması hələ ki,
gündəlikdə yoxdur. Onun bildirdiyinə görə, altı məktəbin hamısında
dezinfeksiya işləri aparılır.
Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin fəaliyyət
planına əsasən koronavirusa yoluxma faktı təsdiqlənən məktəblərdə
məhdudiyyətlər qoyulacaq.
Xəstəliklərə Nəzarət Mərkəzinin qeydinə
əsasən:
Ehtiyac olduğu halda, özünütəcridə keçməsi vacib olan müvafiq
şəxslər, sinif, hər hansı mərtəbə, bütün məktəb və.s təcridə keçir.
Məktəb dezinfeksiya olunur, tədris isə distant rejimdə davam
etdirilir.