Stasionar müalicə müəssisələrində və özünütəcriddə olan vətəndaşlar
2020-ci ilin Parlament seçkilərində daşınan qutu vasitəsilə səs
verə biləcəklər.
Mərkəzi Seçki Komissiyasının veb-səhifəsində yayımlanmış məlumata
görə, stasionar müalicə müəssisələrində və özünütəcriddə olan
vətəndaşlar üçün səsvermə prosedurasını hazırlayan işçi qrupuna
seçki administrasiyasının, siyasi partiyaların, mülki sektor və
beynəlxalq təşkilatların nümayəndələri daxildir.
Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış sənəd əlavə
qeydlər üçün
işçi qrupunun üzvlərinə artıq göndərilib. Mərkəzi
Seçki Komissiyası qeyd olunan məsələ ilə bağlı yaxında keçiriləcək
iclaslarda qərar qəbul edəcək.
“Seçki administrasiyası stasionar müalicə
müəssisələrndə və təcriddə olan seçicilərə Seçki Komissiyasının
xüsusi qruplarının xidməti ilə seçkilərdə iştirak etməyi təklif
edir. Mərkəzi Seçki Komissiyası bələdiyyələrdə Dairə Seçki
Komissiyalarının fəaliyyəti çərçivəsində ən az bir seçki məntəqəsi
yaradacaq və xüsusi qruplar toplayacaq.
Xüsusi qrup nümayəndələri stasionar müalicə müəssisələri və
karantində olan seçicilər üçün səyyar qutu aparmağı təmin
edəcəklər. Belə ki, özünütəcriddə olan, göstəriciləri rəsmi şəkildə
müvafiq məlumat bazasında olan seçicilərin seçki administrasiyasına
səyyar qutu xidməti üçün müraciət etmək imkanı var”,
– Mərkəzi Seçki Komissiyasının bəyanatında
yazılıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, xüsusi qrupun hər bir
üzvü, həmçinin seçki prosesinin bütün iştirakçıları müvafiq
geyimlərlə, birdəfəlik xalat, maska, əlcək, sanitar-gigiyenik
vasitələrlə təmin olunacaq.
Xüsusi məntəqə üzvlərinin adi seçki məntəqələri ilə əlaqəsi
olmayacaq. Səyyar qutunu müşahidə etmək imkanı isə Gürcüstan
qanunvericiliyinə əsasən müşahidəçilərə, mətbuat və seçki
subyektinin nümayəndələrinə veriləcək.
Səyyar seçki qutusundakı səslərin hesablanması xüsusi olaraq
yaradılmış seçki məntəqəsində olacaq.