İqtisadiyyat naziri Natia Turnavanın sözlərinə görə, xaricdə
yaşayan Gürcüstan vətəndaşları PCR testindən keçsələr, vətənlərinə
qayıtdıqdan sonra artıq məcburi karantin tətbiq olunmayacaq.
Turnava bunu hökumət rəhbərliyindəki brifinqdə söyləyib.
Turnavanın sözlərinə görə, Gürcüstan vətəndaşları PCR
laboratoriyasında alınan mənfi test nəticəsinə əsasən ölkəyə girib
özünütəcridə keçə biləcəklər. O, hökumətin bir qərar hazırladığını
və bu qərarın sabah qüvvəyə minmə
ehtimalının böyük olduğunu
bildirib.
"Bu ikinci dalğadır və yoluxmuş insanların sayı
gündəlik artır. Buna görə bütün risklər tarazlaşdırılmalıdır. Digər
tərəfdən, bizim seçimimiz uyğunlaşmadır, işimizi məhdudlaşdırmamaq
şərti ilə pandemiya ilə mübarizə etməkdir, bunun üçün də uçuşların
və sərhədlərin mərhələli şəkildə açılması vətəndaşlarımız və
qonaqlarımızın təhlükəsizliyi üçün ən yaxşı
variantdır", – deyə Turanva vurğulayıb.
Turnavanın sözlərinə görə, PCR testindən keçə bilməyən insanlar
Gürcüstana gəldikdən sonra məcburi karantindən keçməli
olacaqlar.
Qərar Baş nazir Qiorqi Qaxaria tərəfindən 15 oktyabrda elan edilib,
lakin qaydanın tətbiq olunmasına noyabr ayından başlamağı
düşünülür.