Marneuli bələdiyyəsinin iki ictimai məktəbində tədris prosesi
dayandırılıb.
20 oktyabr tarixində üç müəllimdə koronavirus aşkarlandıqdan sonra
bu qərar qəbul edilib. Marneuli Təhsil Resurs Mərkəzindən
bildirirlər ki, indiki mərhələdə yoluxmuş şəxslə təmasda olanlar
özünütəcridə keçib və təhsil onlayn rejimdə davam edir.
"Dünən mövcud məlumatlar dəyişib. Böyük Bəylər ictimai
məktəbində distant rejimə keçmiş bir neçə sinfin karantin müddəti
başa çatdı. İndi beş məktəb distant rejimdədir. Həmin beş məktəbdən
ikisi tambağlanıb. Bunlar Qasımlı və Şulaveri 1 saylı ictimai
məktəbidir. Onlar təhsilə14 gün ərzində distant rejimdə davam
edəcəklər."
Şulaveri 1 saylı ictimai məktəbinin direktoru Şalva Putkaradze
"Marneuli" radiosuna bildirdi ki, məktəbin üç müəllimində virus
aşkarlanıb. Qasımlı ictimai məktəbinin müəllimlərinin paralel
olaraq Şulaveri məktəbində də dərs keçdiyinə görə məktəbin
bağlanmasına ehtiyac yaranıb.
Qeyd edək ki, koronavirusa görə indiyə qədər Baydar, Sadaxlı 2
saylı və Marneulinin 5 saylı ictimai məktəbləri distant rejimə
keçib.