"Rusiya işğal olunmuş torpaqların müstəqilliyinin
tanınmasından imtina etməlidir. Yalnız torpaqların işğaldan azad
edilməsindən sonra, ərazi bütövlüyümüzün tanınmasından sonra
münasibətlərin normallaşmasından danışmaq olar", –
Xarici İşlər naziri Davit Zalkaliani Qoridə "Gürcü
Arzusu-Demokratik Gürcüstan"-ın 2020-ci il seçki proqramının
təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, prioritet istiqamətlərdən biri olan
"müstəqilliyin tanınmaması" siyasəti nəzərəçarpan nəticələr
verir.
“Bizim fəal iştirakımızla artıq iki ölkə torpaqların müstəqilliyini
tanımaqdan imtina etdi və bu proses dayanmayacaq. Sonda Rusiyanı
tək buraxacağıq, amma Rusiya mütləq geri çəkilməlidir. Münasibəti
düzəltməyin başqa yolu yoxdur.
Yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanındıqdan sonra
münasibətlərin normallaşmasından danışmaq olar.
Gələcək proqramımızda mütləq beynəlxalq ictimaiyyətin iştirakını və
konsolidasiyasını təmin edəcəyik. Gürcüstanın gündəminin bütün
beynəlxalq və ya strateji tərəfdaşlarımızın Rusiya ilə
münasibətlərinin gündəmində olmasını təmin edəcəyik. Biz Cenevrə
danışıqlarını mütləq canlandıracağıq", – deyə
Zalkaliani qeyd edib.
Nazirin sözlərinə görə, 2024-cü ildə Gürcüstan Avropa İttifaqına
üzv olmaq üçün müraciət edəcək.
"Biz məsuliyyətli hökumətik və ifadələrimiz işlərimizlə
təsdiqlənir. Əvvəlki hökumət dövründə Avroatlantik məkana
inteqrasiya ilə bağlı yüksək səviyyəli açıqlamalar verildi, yüksək
gözləntilər yaradıldı. Ancaq təəssüf ki, nəticələr əldə olunmadı,
bu da cəmiyyəti məyus etdi", – deyə Zalkaliani əlavə
edib.
Mənbə: publika.ge