Silahlı şəxs Tbilisidə “Gulf” şirkətinə məxsus yanacaq doldurma
məntəqəsini (YDM) qarət edib.
Hadisə ötən gecə Kaxeti şossesində baş verib.
YDM operatorunu ölümlə hədələyən basqınçı kassadan pulları
oğurlayaraq hadisə yerindən qaçıb. Oğurlanan pulun məbləği
açıqlanmır.
Cinayətkarı “isti izlər”lə saxlamaq mümkün olub. 31 yaşlı kişi
əvvəllər basqına görə məhkum olunub. Onun oğurladığı pullar maddi
sübut kimi müsadirə olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin soyğunçuluğu nəzərdə
tutan 179-cu maddəsi ilə istintaq davam edir. Saxlanılan şəxsi 5
ildən 7 ilədək həbs gözləyir.
Mənbə: NewsBureau