“Milli Hərəkat”-ın və Marneulinin 68 saylı Məntəqə Seçki
Komissiyasının üzvləri arasında mübahisə baş verib.
“Milli Hərəkat”-ın nümayəndəsi Laşa Kveladze “Marneuli” radiosuna
bildirdi ki, partiya nümayəndəsini müşahidəçilik missiyasını yerinə
yetirmək üçün Marneulinin 68 saylı məntəqəsinə buraxmırmışlar.
“Xüsusi olaraq çox kiçik sahədə məntəqə açmağa qərar veriblər. İndi
bizim müşahidəçiyə deyirlər ki, bayırda gözlə, məntəqəyə sonra
daxil olarsan. Buradan da yaxşı görünür ki, seçkiləri
saxtalaşdırmağa çalışırlar”, – Laşa Kveladze
bildirdi.
68 saylı məntəqəyə Mərkəzi Seçki Komissiyasının nümayəndələri və
hüquq mühafizəçiləri gediblər.
Hüquq mühafizə orqanının nümayəndəsi jurnalistlərlə söhbəti zamanı
bildirdi ki, polisi hadisə yerində 68 saylı məntəqə seçki
komissiyasının sədri çağırıb ki, jurnalistləri məntəqədən
çıxarsın.
İndiki mərhələdə “Milli Hərəkatın” müşahidəçisi 68 saylı məntəqəyə
buraxılıb.