Prezidentin sözlərinə görə, bu gün ölkə üçün vacib bir gündür və
hamımız xəyal etdiyimiz ölkəni qurmaq üçün səs veririk.
“Bu gün münasibətilə hər kəsi təbrik etmək istəyirəm. Çünki ölkə
üçün vacib bir gündür. Bu gün azad və dinc şəkildə səs verdim.
Əslində bütün vətəndaşlar da seçimini bu şəkildə etməlidir çünki
hamımız xəyal etdiyimiz ölkə - Avropasayağı və demokratik bir ölkə
qurmaq üçün səs veririk. Vətəndaşların pandemiyanın çətin
şərtlərinə baxmayaraq səs verməsi çox vacibdir və hər kəsi seçki
məntəqələrinə getməyə çağırıram. Növbə olan məntəqələrdə heçnədən
qorxmayın, sadəcə məsafə saxlayın. Əminəm ki, hər şey çox yaxşı
olacaq. Təmənnim odur ki, sabah Gürcüstan cəmiyyətinin və
dövlətinin günü olsun! " – deyə Salome Zurabişvili
qeyd edib.
Xatıraladaq ki, Bu gün Gürcüstan əhalisi 10-cu çağırış parlamentini
seçir.