MSK mətbuat katibi Ana Mikeladze bir neçə seçki məntəqəsində
səsvermə prosesində qayda pozuntusu müşahidə olunduğunu
təsdiqləyir.
Mikeladzenin sözlərinə görə, Saburtalodaki seçki məntəqələrinin
birində alt hissəsi olmayan seçki qutusu müşahidə edilib lakin
problem aradan qaldırılıb və bu hal seçki prosesinə təsir
etməyib.
"Seçki məntəqəsində bülleten qutusunun alt hissəsinin
bütövlüyü pozuldu, lakin qeyd olunan qüsur vaxtında aradan
qaldırıldı. Seçki məntəqəsində olan müvafiq şəxslər razılaşdılar və
təsdiq etdilər ki, bu halın seçki prossesinə heç bir təsiri olmadı
və problem vaxtında aradan qaldırıldı", – deyə
Mikeladze qeyd edib.
O, həmçinin , Gurcaaninin 31, Vake'nin 54 və Marneulinin 47 ci
seçki məntəqəsində seçki bülletenindən Avropalı Gürcüstanın seçki
nömrəsinin cırılması hadisəsinə də münasibət bildirib.
Mikeladzenin ifadəsinə əsasən, qanunvericilik zədələnmiş
bülletenlərin dəyişdirilməsini nəzərdə tutur və adı çəkilən
məntəqələrdə belə bir problem olmayıb. Onun sözlərinə görə, yuxarı
seçki instansiyası məsələni müzakirə edəcək.
“Təəssüf ki, bu fakt bir neçə seçki məntəqəsində
müşahidə edildi. Bildiyiniz kimi, komissiya səlahiyyətlərini
qanunun aliliyinə tam uyğun şəkildə yerinə yetirməli, mümkün qədər
diqqətli olmalıdır. Lakin bəzi hallarda lazımi diqqət
göstərilmədiyi qeydə alındı və nuna görə də seçki bülleteni zərər
gördü. Qanunda bülleten korlandığı təqdirdə müvafiq olaraq
dəyişdirilə biləcəyi göstərilir. "Bundan sonra adı çəkilən seçki
məntəqələrində belə bir problem yaşanmadı", – deyə
Mikeladze vurğulayıb.
Xatırladaq ki, bu gün, 31 oktyabrda Gürcüstanda parlament seçkiləri
keçirilir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səhər saat
10: 00-a qədər parlament seçkilərində 292 587 seçici səs verdi və
səs verib, bu isə ümumi sayın 8,33% -ni təşkil edir.