Marneulinin 2 saylı məntəqəsində seçki bülletenini məntəqə nömrəsi olmadan cırıblar
“Vahid milli Hərəkat”ın müşahidəçisinin bildirdiyinə görə, Marneulinin 2 saylı seçki məntəqəsində komissiya üzvləri seçki bülletenlərini düzgün cırmırlar.

Onun açıqlamasına görə, komissiya üzvləri bülleteni elə cırır ki, seçki məntəqəsinin nömrəsi qeyd olunmur.

“Belə bülletenlər batil hesab olunmalıdır, ancaq bunu etmirlər. Şikayət yazmaq istədim, amma imkan vermədilər”, – “VMH”-ın müşahidəçisi dedi.

Marneulinin 2 saylı seçki məntəqəsinin sədrinin açıqlamasına görə, bülletenlərin qeydiyyat nömrəsini təsadüfən cırıb. Onun sözlərinə görə, müşahidəçi şikayət yaza bilərdi və nəticədə bülletenlər batil hesab olunardı, amma onun izahatına görə təxribat qurublar və məntəqədə səs-küy yaradıblar.



Print Email
FaceBook Twitter Google