Səs verməyə kişi gəldi siyahıda isə onun nömrəsi ilə qadın qeydiyyat olunub – Marneulinin 4 saylı məntəqəsində pozuntu
4 saylı məntəqə seçki komissiyasının müşahidəçisi bildirdi ki, bir nəfər məntəqəyə daxil olaraq siyahıda 531-ci olduğunu deyib.
Müşahidəçi onun nömrəsini divardakı siyahıda yoxlayıb və məlum olub ki, divardakı siyahıda 531-ci nömrədə qadın qeyd olunub, səs verməyə isə kişi cəhd göstərirdi.

“Bunu aydınlaşdırdım və girib nömrəsinin neçə olduğunu soruşdum. O, 531 dedi və mən dedim ki, siyahıda bu nömrədə qadın yazılıb, siz kişisiniz və bu nə deməkdir. Mən şəxsiyyət vəsiqəsini aldım və şikayət yazırdım ki, komissiya üzvləri məni məntəqədən çıxarmaq barədə qərar qəbul etdilər”, – müşahidəçi Surac Baramidze bildirdi.

“Mülki platforma 20/20”-nin müşahidəçisi Qiorqi Mumladze 4 saylı seçki məntəqəsində olub. Onun bildirdiyinə görə, böyük ehtimal var ki, xaricdə yaşayan adamların əvəzinə başqa vətəndaşlar səs versin. Onun sözlərinə görə, həmin kişinin əvəzinə səs vermək istədiyi adam indiki mərhələdə xaricdədir.


Print Email
FaceBook Twitter Google