“Lelo”nun Marneuli və Qardabanidən majoritar deputatlığa namizədi
Murad Muradov artıq öz seçimini edib.
O, təxminən saat 15:00 radələrində səs vermək üçün Təzəkəndin 13
saylı məntəqəsinə gedib. Muradov Gürcüstanın inkişafına səs
verdiyini bildirib. Onun sözlərinə görə, seçki prosesi qismən
pozuntularla keçir.
“Mən Gürcüstanın inkişafına, qələbəsinə və “Gürcü Arzusu”nun
məğlubiyyətinə səs verdim. Gürcüstan qalib gəlməlidir, inkişaf
etməlidir və lider ölkə olmalıdır. Demək olar bütün məntəqələrdə
pozuntu var. Bu marker prosesi, məntəqələrin açılması ilə bağlı
olan problemlərdir. Eləcə də Marneulidə məntəqələrdən birində
məntəqə rəhbərinin əlində bülletenlərin əvəzedicisi var idi. Bunun
videosu da var. Məntəqələrdən birində bizim qeydiyyatçını
qeydiyyatdan keçirmirdilər, məntəqədə olan bizim nümayəndəmizi
dəyişməyə imkan vermədilər və belə pozuntuların yeri var. Gürcü
Arzusu hər hansı üsullarla seçkiləri saxtalaşdırmağa çalışır və bu
saxtalaşdırma ilə özünü qalib elan etmək
istəyir.”
Saat 15:00-a olan məlumatlara görə, seçicilərin fəallığı
30%-dir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Marneuli və Qardabani
majoritar dairəsində ümumilikdə 138 121 seçici qeydiyyatdan
keçib.
13 saylı Marneuli və Qardabani majoritar dairəsində 122 seçki
məntəqəsi yaradılıb. Bundan 31 seçki məntəqəsi Qardabanidə, 91
məntəqə isə Marneulidə yerləşir.