Dairə seçki komissiyalarına 90 şikayət daxil edilib – MSK
MSK-nın mətbuat katibi Ana Mikeladzenin sözlərinə görə, saat 15:00-a qədər dairə seçki komissiyalarına 90 şikayət daxil olub.

Onun sözlərinə görə, qeyd olunan şikayətlər əsasən prosedur çatışmazlıqları ilə əlaqədardır."Məsələn, bunlar püşkatma prosedurlarının pozulması, nəzarət vərəqəsinin düzgün doldurulmaması, qeyd jurnalının yazılması qaydalarının pozulması və digər növ çatışmazlıqlardır.

"Hər seçki şikayəti dairə seçki komissiyaları tərəfindən qanunla müəyyən edilmiş müddətdə araşdırılacaq və müvafiq olaraq cavab veriləcək",– deyə Mikeladze vurğulayıb.

Bu gün, 31 oktyabrda Gürcüstanda parlament seçkiləri keçirilir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 15:00-a qədər 1 milyon 279 min 947 seçici seçki məntəqələrində səs vermək üçün qeydiyyatdan keçmiş və parlament seçkilərində iştirak etmişdir ki, bu da ümumi sayın 36,45 faizini təşkil edir. Səsvermə prossesi davam edir.

Bu barədə MSK-nın mətbuat katibi Ana Mikeladze açıqlama verib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google