Marneulinin 12 saylı məntəqə seçki komissiyasında məntəqə
bağlanmazdan bir saat əvvəl qarşıdurma baş verib.
“Mülki platforma 20/20”nin müşahidəçisi Qiorqi Mumladzenin
sözlərinə görə, məntəqədə səlahiyyətsiz şəxs var imiş və
müşahidəçilərə, media nümayəndələrinə qeydlər bildirirmiş.
“Burada müşahidəçi mənə nə edəcəyimlə bağlı qeyd
bildirir və real olaraq prosesi idarə edir, jurnalistə, konkret
olaraq “Mtavari Arxi”nin jurnalistinə qışqırır. Bunların hamısı
real olaraq seçkinin saxtalaşdırılması üçün edilir. Buraya polis
çağırılmalıdır ki, bu adamı buradan çıxarsınlar”, –
Qiorqi Mumladze bildirdi.
“Mtavari Arxi”nin jurnalisti Ceyhun Muhəmmədəli “Marneuli” radiosu
ilə söhbəti zamanı bildirdi ki, ona və müşahidəçilərə qeydlər
bildirən şəxs “Gürcü Arzusu”nun nümayəndəsi Camal Məmmədovdur.
“Hara gedirik bütün məntəqələrə arxamızca gəlir və oğru
oğlanlar kimi hərəkət edir. Həqiqətən də hədlərini aşıblar. Bu
Gürcü Arzusunun günahıdır çünki artıq bir və iki dəfə jurnalistə
zorakılıq edilib və onlar bunu araşdırmayıblar”, –
Ceyhun Mühəmmədəli bildirdi.
Hadisə yerinə hüquq mühafizə orqan nümayəndələri gəliblər, ancaq
onlar “Marneuli” radiosuna müsahibə verməyiblər.
Gürcü dilində danışa bilməyən, 12 saylı məntəqə seçki
komissiyasının sədri “Marneuli” radiosuna bildirdi ki, o, media
nümayəndələrinə və müşahidəçilərə qeyd bildirən və qışqıran həmin
şəxsin kim olduğunu bilmir.