Natelaşvili millət vəkili mandatından imtina edir
Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili deputat mandatından imtina edir və 10-cu çağırış parlamentə girmək niyyətində olmadığını bildirir. Bu barədə 2 noyabrda keçirdiyi mətbuat konfransında bildirib.

“Ölkəmizin əsas işğalçısı olan Rusiya Prezidenti Putin Rus oliqarx İvanişvilinin və alverçi soydaşlarımızın əlləri ilə ölkəni və parlament seçkilərini devirdi. Bu səsvermənin nəticələri qeyri-legitim, qanunsuz, dövlət əleyhinədir və Parlamentin belə bir iclası yolverilməzdir. Oraya nəinki müxalifət, hətta qürurları varsa, heç "Gürcü Arzusu"-nun üzvləri də girməməlidir. Onların majoritarları da ikinci turu rədd etməlidirlər. "Biz [Leyborist Partiyası] bu seçkilərlə qazandığımız mandatlardan imtina edirik, lakin bu universal olmalıdır", – Natelaşvili dedi.

Jurnalistin ən azı bir partiya Parlamentə daxil olmağa qərar versə, parlamentə girib-girməyəcəkləri ilə bağlı sualına Natelaşvili "bu ümumi bir qərar olmalıdır, birlik olmasa, qaydanı pozanlar bir daha siyasətə qayıda bilməmələri üçün ifşa olunacaqlar”, – deyə cavab verib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google