Axlı – Lələdə ana və oğul qətlə yetirilib
3 noyabr tarixində, Axlı-Lələ kəndində qətl hadisəsi baş verib.

“Marneuli” radiosunun jurnalistinin hadisə yerindən əldə etdiyi məlumata görə, qətl hadisəsi ötən axşam təxminən saat 22:00 radələrində baş verib. Hadisə zamanı Axlılələ kənd sakini öz əmisi oğlunu və əmisinin həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirib. Təxminən 23 yaşlarında olan oğlan və 40 yaşlarında olan qadın açılan atəş nəticəsində dünyasını dəyişiblər.

Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi məlum deyil.

Cəsədlər ekzpertizaya aparılıb.

Qətli törədən şəxs hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları həyata keçirilən operativ əməliyyat nəticəsində isti izlərlə ata-övlad, 1982-ci il təvəllüdlü A.R. və 2004-cü il təvəllüdlü M.R.-nı Marneulidə saxlayıblar. Onlar iki nəfəri mütəşəkkil qrup şəklində amansızcasına qəsdən öldürməkdə ittiham olunurlar. Törədilmiş cinayətə görə 16 ildən 20 ilə qədər, yaxud ömürlük həbs cəzası nəzərdə tutulur. İstintaq nəticəsində aydın olub ki, müttəhimlər Marneuli bələdiyyəsinin Axlı-Lələ kəndində, qonşuluqda yaşayan ana-bala –1981-ci il təvəllüdlü Z.B və 1997-ci il təvəllüdlü A.R-ya, keçmişdə baş vermiş narazılığa görə evlərinin ərazisində odlu silahdan atəş açaraq ölümcül xəsarət yetiriblər.

Polis hər iki müttəhimi qısa müddət ərzində isti izlərlə saxlayıb. Polislər cinayətdə istifadə olunmuş silahları – ov tüfənglərini maddi sübut kimi müsadirə ediblər. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 2-ci hissəsinin "e" və 3-cü hissəsinin “a” bəndi ilə istintaq aparılır.


Print Email
FaceBook Twitter Google