Mərkəzi Seçki Komissiyasına görə, dairə seçki komissiyaları
şikayətlərə təzyiq altında baxmalı olur və bəzi hallarda kənar
şəxslər iclaslara müdaxilə etməyə çalışırlar.
MSK İnsan Resursları İdarəetmə Şöbəsinin müdiri Qiorqi
Kalandarişvilinin sözlərinə görə, şikayətlərin bir hissəsi kənar
şəxslər tərəfindən verilmişdir, bu səbəbdən komissiyaların baxmaq
üçün qanuni əsasları olmayıb.
“Lakin dairə seçki komissiyaları bir sıra hallarda
şikayətlərdə göstərilən məsələlərə öz təşəbbüsləri ilə cavab
veriblər. Hal hazırda nəticələr 15 dairə seçki komissiyasında
sayılıb, bunlardan 13-ü ərizə/şikayət əsasında, 2-si isə öz
təşəbbüsü ilə yenidən sayma qərarı verib. 11 dairə seçki
komissiyası 20 nəticəni dəyişdirərək 3 səyyar qutunun məlumatlarını
etibarsız saydı və 9 halda nəticələri düzəltdi. 8 halda isə
nəticələr dəyişməz olaraq qaldı", – deyə
Kalandarişvili qeyd edib.
MSK nümayəndəsi, 01.01.18 Mtatsminda məntəqəsini nümunə gətirdi,
burada dairə seçki komissiyası öz təşəbbüsü ilə yenidən saydı və
hər şeyin qaydasında olduğunu, sadəcə bülletenlərin və imzaların
sayının səhv qeyd edildiyini müəyyən etdi və səhvi qeyd etdi.
Kalandarişvilinin dediyinə görə, İsanidə bir xüsusi məntəqənin
daşınan qutusunun nəticələri sayıldıqdan sonra majoritar hissənin
nəticələri ləğv edilib.
Seçkiləri müşahidə edən QHT-lərə görə, əksər dairə seçki
komissiyaları yekun protokolun etibarsız sayılması və bülletenlərin
yenidən sayılması tələbini yerinə yetirmirlər.
MSK-nın məlumatına görə, səsvermə günü ilə bağlı pozuntularla
əlaqəli dairə seçki komissiyalarına 1693 ərizə/şikayət daxil olub.
Məntəqə seçki komissiyasının qərarları 2 gün ərzində şikayət edilə
bilər, həm də DSK-ya müraciətlərə baxılması üçün 2 günlük bir
müddət verilir və bu prosses dünən, 4 noyabr tarixində
başlayıb.