Türkiyədən gətirilən kartofda xərçəng aşkarlanıb
Gəlir Xidmətindən verilən məlumata görə, 23 450 kiloqram xəstə kartof ixracatçı ölkə Türkiyəyə qaytarılacaq.

Baytarlıq Nəzarəti Şöbəsinin əməkdaşları tərəfindən yoxlama üçün götürülmüş kartof nümunəsində xərçəng xəstəliyi təsdiqlənib.
Maliyyə Nazirliyinin Gəlir Xidmətindən verilən məlumata görə, Sarp gömrük keçid məntəqəsindən Türkiyə Respublikasından 23 450 kiloqram kartof idxal edilib və kartof xərçəngi diaqnozu qoyulub.

Gürcüstan Hökumətinin 463 saylı qərarına əsasən, qeyd olunan mallar ixracatçı ölkəyə qaytarılmalıdır.

Xatırladaq ki, 2018-ci ilin martından iyunun 1-dək Türkiyədən Gürcüstana kartof idxalına qadağa qoyulmuşdu. Hələ o zaman da Milli Qida Agentliyi bu müvəqqəti, profilaktik tədbirin səbəbi olaraq Türk kartofundan Gürcüstandakı toxumluq kartofa xərçəng xəstəliyinin yayılmasını göstərmişdi. Bu tədbir Türkiyədən qida məqsədi ilə gətirilən kartofların yerli fermerlər və ailələr tərəfindən toxum olaraq istifadə edilməməsi üçün alınmışdır. Bu, kartof əkin mövsümünün sonuna qədər davam edən müvəqqəti bir fitosanitar tədbir idi.

Kartof xərçəngi ən çox Türkiyədən gətirilən kartoflarda müşahidə olunan karantinlik orqanizmidir. Bu "Chytridiomycetes” növünə məxsus "Sinchytrium endobioticum Pers" göbələyinin yaratdığı kartof xəstəliyidir və dünyanın bir çox ölkəsində xüsusilə təhlükəli xəstəlik sayılır.

Bu xəstəlik ilk dəfə 1896-cı ildə Macarıstanda aşkar edilib.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google