Türkiyədə yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri
sərtləşdirilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə
birgə növbəti iclasından sonrakı çıxışında bildirib.
Prezident deyib ki, COVİD-19 infeksiyasına yoluxma sayı ölkə boyu
artdığına görə, mübarizə tədbirlərilə əlaqədar bu həftənin cümə
ertəsi və bazar günündən başlayaraq (saat 10.00-dan 20.00-dək
xaric) həftəsonu küçəyə çıxma məhdudiyyəti tətbiq olunacaq.
Bundan başqa ölkədə yaşı 65-dən yuxarı və 20-dən aşağı olanların
həftənin bütün günlər (saat 10.00-20.00 xaric) küçəyə çıxmaları
qadağan ediləcək. Ticarət mərkəzləri, mağazalar, qadın və kişi
bərbərxanaların fəaliyyəti də saat 10.00-dan 20.00-dək
məhdudlaşdırılacaq.
Ərdoğan müvəqqəti olaraq kafe və restoranlarda yalnız paket
servisinin xidmət göstəriləcəyini, kitabxana, kinoteatrlar və
futzal, voleybol meydançalarının fəaliyyətlərinin
dayandırılacağını, əsas küçə və meydanlarda siqaret çəkmək
qadağasının davam edəcəyini, idman oyunlarının tamaşaçısız
keçiriləcəyini bildirib.
Prezident Türkiyədə məktəblərin də ilin sonunadək qapalı olacağını,
təhsilin distant formada onlayn davam edəcəyini deyib.
Mənbə: Apa.az