İndiyə qədər dünyada koronavirusa yoluxan 43 546 236 nəfər sağalıb,
1 465 186 nəfər isə virusdan ölüb.
Bu günədək 63 072 905 nəfərə COVID-19 diaqnozu qoyulub.
Ən çox yoluxma halı ABŞ (13 750 404), Hindistan (9 432 075) və
Braziliyada (6 314 740) qeydə alınıb.
Qeyd edək ki, noyabrın 29-na olan məlumata görə, Azərbaycanda
indiyədək 118 195 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 73
676 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 1 361
nəfərdir.
Azərbaycanla qonşu olan Türkiyədə 607 628 nəfər koronavirusa
yoluxub, 400 242 nəfər sağalıb, 13 558 nəfər ölüb. Rusiyada
indiyədək 2 269 316 nəfərdə koronavirus aşkarlanıb, onlardan 1 761
457-si sağalıb, 39 527-si ölüb. İranda isə 948 749 nəfərə
koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 47 874
nəfər pandemiyanın qurbanı olub. Qonşu Gürcüstanda koronavirusa
yoluxanların ümumi sayı 132 368-ə çatıb. Onların 110 049-u sağalıb,
1 230-i isə vəfat edib.
Ermənistanda indiyədək 134 768 nəfərə COVID-19 diaqnozu qoyulub.
Onlardan 107 364 nəfər sağalsa da, 2 142 nəfər ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin
Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın
11-də isə koronavirusu pandemiya elan edib.
Mənbə: report.az