1 yanvar 2021-ci ildən təqaüdlər artacaq
Artıq Gürcüstan Parlamentinə təqdim olunmuş 2021-ci il büdcə layihəsində, gələn il yanvarın 1-dən təqaüdlərin (pensiya) artırılması nəzərdə tutulur.

Dövlət pensiya artımının indeksləşdirilməsi qaydasının tətbiq edilməsi ilə əlaqədar olaraq pensiya təminatı üçün ümumilikdə, 2.6 milyon GEL (370 milyon GEL artım) ayrılmışdır.

"Qanun layihəsinə görə, 2021-ci il yanvarın 1-dən etibarən 70 yaşınadək təqaüdçülər üçün təqaüd miqdarı 20 GEL artırılacaq və cəmdə 240 GEL olacaq. 70 yaşından yuxarı təqaüdçülər üçün təqaüd miqdarı 25 GEL artırılacaq və 275 GEL təşkil edəcək.
2021-ci il üçün təqaüd indeksləşdirilməsi artımının təsiri 210 milyon GEL-dir. Həmçinin cari ilin iyul ayından 70 və yuxarı yaşda olan təqaüdçülərə verilən məbləğdə illik 30 GEL artımın və pensiya yaşına çatmış əhalinin də artmasının təsiri də nəzərə alınıb", – deyə Maliyyə nazirliyinin açıqamasında qeyd edilib.

Print Email
FaceBook Twitter Google