Vətəndaşların 90-95%-nin həm daxildə, həm çöldə maska taxmağa başlaması çox vacibdir – Bidzina Kulumbeqov
“Artıq 21 minə yaxın test keçirməyimiz çox yaxşıdır; Testlərin sayının artmasına baxmayaraq, aşkarlanan yoluxma sayı düz mütənasib şəkildə artmayıb, yəni test nəticələrinin müsbət çıxması 25%-dək azalıb, bu çox müsbət göstəricidir”, – immunoloq-allerqoloq Bidzina Kulumbeqov Baş nazir Qiorqi Qaxaria ilə səhiyyə mütəxəssisləri arasındakı görüşdən sonra açıqlama verib.

Onun sözlərinə görə, iclasda ölkədəki epidemioloji vəziyyət və düzgün nəticələr çıxarmaq üçün genişləndirilmiş testlər şəraitində yoluxma hallarının aşkarlanması dinamikasının izlənilməsinin zəruriliyi müzakirə olunub.

"7-14 günlük məlumatları müşahidə etməli və sonra müzakirə etməliyik. Ümumiyyətlə dünyadakı vəziyyətdən bəhs olundu, bir çox Avropa ölkəsi elan edilmiş məhdudiyyətləri sərtləşdirməyə və ya qüvvədə saxlamağa qərar verib, yenə Almaniya və Skandinaviya ölkələri nümunələrini müzakirə etdik. Əhalinin əzmini də müzakirə etdik. Baxmayaraq ki, maska taxma nisbəti 65%-dək artıb, bu yaxşı olsa da, bizi hələ də qane etmir. İnsanların 90-95%-i həm qapalı yerlərdə, həm də çöldə maska taxmağa başlamalıdır ki, bu da yoluxmaların sayını kəskin şəkildə azaltmağa və nəticədə, iqtisadiyyata daha çox sərbəstlik verməyə imkan verəcək. Buna görə bu iki həftəlik müşahidələr, epidemiyanın düzgün idarə olunmasına zərər verməmək və digər tərəfdən, iqtisadiyyatın vəd edilmiş şəraitdə işləməsinə imkan vermək üçün 24 dekabr-2 yanvar ərəfəsi barədə qərarların nə olacağını müzakirə etmək üçün bir fürsət yaradacaq",
– deyə Bidzina Kulumbeqov açıqlama verib.

İmmunoloq-allerqoloq Bidzina Kulumbeqovun şərhini hökumət administrasiyası yayımlayıb.

Print Email
FaceBook Twitter Google