Almaniyada 29 875 yeni koronavirusa yoluxma halı təsdiqlənib və bu, ölkə üçün rekord göstəricidir
Almaniyada son 24 saat ərzində 29 875 yeni koronavirusa yoluxma halı aşkar edilib ki, bu da pandemiyanın başladığından bəri ölkə üçün ən yüksək gündəlik göstəricidir. Bu barədə "Deutsche Welle" Robert Kox İnstitutuna istinadən xəbər verib.

Həmin məlumata əsasən, ölkədə daha 598 nəfər virusdan vəfat edib və ölənlərin sayı 20 970-ə çatıb.

Yoluxma hallarına gəldikdə, Almaniyada pandemiyanın başlanğıcından bəri 1 270 000 Covid-19-a yoluxma halı aşkar edilib. Almaniya kansleri Angela Merkel iki gün əvvəl daha sərt "lokdaunun" (ümumi karantin) tətbiq olunmasının vacibliyindən danışıb. Bavariya Baş naziri Markus Soder isə, Miladdan 10 yanvaradək tam bir "lokdaunun" elan edilməli olduğunu deyib.
Print Email
FaceBook Twitter Google