Sosial şəbəkədə “Koronavirusla bağlı həqiqət – tamaşa başa çatdı!”
başlığı ilə video yayımlanıb. Video koronavirusla bağlı indiyə
qədər yayılmış çox sayda yanlış
məlumatları, yaxud konspirasiya nəzəriyyəsini ehtiva edir.
İddia: Koronavirus zəngin adamlar tərəfindən yaxşı
səhnələşdirilmiş tamaşadır.
Hökm: “Fakt-metrin” nəticəsinə görə, qeyd olunan məlumat saxta
xəbərdir.
Pandemiya başlayan kimi koronavirusun süni yaradılması barədə çox
sayda yanlış məlumat yayıldı. Onlarla alim 2020-ci ilin mart ayında
nüfuzlu “Lancet” jurnalında yanlış məlumatları təkzib etmək üçün
bəyanat yaydı. Alimlərin bildirdiyinə görə, Covid-19 təbii virusdur
və müvafiq olaraq virus bio-mühəndislik məhsulu deyil.
Bu fikri müxtəlif təşkilatlar, həmçinin, Ümumdünya Səhiyyə
Təşkilatı da tez zamanda etibarsız hesab etdi. Səhiyyə sahəsinin
təsirli tibbi nəşriyyatlarından biri, bütün dünyadan sahənin
aparıcı ekspertlərini özündə birləşdirən “Health Feedback” bu
məsələ ilə bağlı araşdırma yayımlayıb. “Health Feedback” təsdiq
edib ki, koronavirusun süni yaradılması barədə düşüncələr nəzərdən
keçirilməmiş araşdırmalara əsaslanır və qeyd olunan bəyanatlar elmi
sübutlar yaratmır.
Qeyd edək ki, virusların süni yaradılması barədə konspirasiya
nəzəriyyələri başqa vaxt, 2020-ci ildə SARS epidemiyası, 2009-cu
ildə H1N1 pandemiyası halında da yayımlanıb. Koronavirusun süni
şəkildə yaradılması barədə fikir alimlər tərəfindən qəbul edilmir –
akademik sahələrdə hesab edirlər ki, koronavirus heyvanlarda, böyük
ehtimalla yarasalarda yaranıb.
İddia: Qripdən daha çox adam ölür, nəinki
koronavirusdan.
Hökm: “Fakt-metrin” nəticəsinə görə, qeyd olunan məlumat saxta
xəbərdir.
Koronavirusdan ölüm hallarının dəqiq sayını indiki mərhələdə
müəyyən etmək çətindir. Çünki pandemiya hələ də fəal fazadadır.
Koronavirusa qarşı peyvəndin sınaqları başa çatmayana, peyvəndin
təhlükəsizliyi və təsirliliyi təsdiqlənməyənə qədər ölənlərin
sayının artması davam edəcək (koronavirusa qarşı peyvənd hansı
fazalardan keçməlidir – bu barədə “Fakt-metr”-in məqaləsinə baxa
bilərsiniz).
Baxmayaraq ki, alimlər infeksiyanın ölümlə nəticələnməsi ilə bağlı
müəyyən ehtimallar irəli sürürlər, Con Hopkinsi Universitetinin
məlumatına görə, koronavirusdan ölənlərin sayı güman ki, tənəffüs
yolu xəstəliklərini əmələ gətirən qripdən ölənlərin sayından
əhəmiyyətli dərəcədə (ola bilsin 10 dəfə, yaxud daha artıq)
yüksəkdir. Qripdən fərqli olaraq Covid-19-a qarşı təsdiqlənmiş
peyvənd, yaxud xüsusi dərmanlar hələ ki, yoxdur. Bu isə müalicə
prosesini daha da problemli hala gətirir və ölənlərin sayına da
müvafiq təsir göstərir.
Həmçinin, qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının
dəyərləndirməsinə görə, dünyada hər il qriplə bağlı səbəblərdən 290
000-650 000 nəfər dünyasını dəyişir. Covid-19-dan isə artıq bir
milyondan artıq adam ölüb (daha ətraflı bizim məqalədən baxa
bilərsiniz).
İddia: Koronavirusun yaradılma səbəbi yaşlı adamların
ölməsi və bununla iqtisadi gəlir əldə etmək idi.
Hökm: “Fakt-metr”-in nəticəsində görə, qeyd olunan məlumat
konspirasiya nəzəriyyəsidir.
Guya qocaların ölümü ilə ölkələrin pensiya xərclərini azaltdıqları
və bununla iqtisadi gəlir əldə etdikləri kimi məlumatlar indiyə
kimi də yayılmışdı. Misal üçün konspirasiya yayanlar İtaliyada
koronavirusdan ölənlər arasında yaşlıların böyük qismi təşkil
etməsini məhz iqtisadi məqsədlə əlaqələndirirdilər. Yayılmış
məlumat konspirasiya nəzəriyyəsidir, real fakta əsaslanmır və
yalnız dezinformasiya yayan qrupların manipulyasiyasına
istiqamətlənib. Həqiqətdə pandemiya başlayandan İtaliya
koronavirusa yoluxanlara kömək etmək üçün çox sayda tədbir həyata
keçirib. Həkim və tibb bacıları birbaşa qeyd edirdi ki, həssas
qruplara xüsusi diqqət göstərirlər. Çünki təsirli müalicə vasitəsi
və ya peyvənd yoxdur. Təbii ki, həssas qruplar virusdan daha çox
ziyan gördülər və yoluxma hallarının bir qismi ölümlə
nəticələndi.
Pandemiya başlayan kimi koronavirusla bağlı çox sayda yanlış
məlumat yayıldı və Fakt-Metr onlar barədə indiyə kimi də
yazırdı.
წყარო:
https://factcheck.ge/