Dünyada son sutkada 642 738 nəfər koronavirusa yoluxub, 12 407
nəfər ölüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında
bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 7 285 1747 yoluxma hadisəsi,
1 643 339 ölüm faktı qeydə alınıb.
Yoluxmanın 45 faizdən çoxu Şimali və Cənubi Amerikanın (291 600)
payına düşür. Digər yerləri isə Avropa (269 527), Cənub-Şərqi Asiya
(34 284) bölüşür.
Mənbə: apa.az