Laqodexidə azyaşlı qız qaçırılıb. "Rustavi 2"-nin verdiyi məlumata
görə, hadisə bir neçə gün əvvəl baş verib.
Verilən məlumata görə, qızın ailəsi qaçıranın tapılmasını və
uşağının evə qaytarılmasını tələb edir.
Daxili İşlər Nazirliyindən "Netgazeti"-yə verilən məlumata əsasən,
hadisə ilə bağlı Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum
etməni nəzərdə tutan 143-cü maddəsi ilə istintaq başladılıb.