Marneuli meriyası poçt xidmətini birbaşa qayda ilə göstərməyəcək
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi poçt-kuryer xidməti üçün tender elan edib.

Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri Nino Dekanoidze “Marneuli” radiosuna bildirdi ki, meriya poçt-kuryer xidməti üçün bu il ilk dəfə tender elan edib.

“Yeni qanunvericilik tənzimləmələrinə uyğun olaraq bütün bələdiyyələr qeyd olunan tenderi elan etmək məcburiyyətindədir. Əvvəl tender elan edilmirdi. Gürcüstan poçtu ilə müqavilə bağlayırdıq və Gürcüstan poçtu bələdiyyələrə xidmət göstərirdi. İndi bazarda artıq geniş kuryer xidmətləri var və qeyd olunan xidmətləri göstərə bilərlər. Çox ehtiyac var və bələdiyyələrin tender əsasında hərəkət imkanı var”, – Nino Dekanoidze bildirdi.

Marneuli yerli özünüidarəsi kuryer xidməti üçün 24 dekabr tarixində tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 16 yanvardan 18 yanvar tarixinə qədər təkliflərini təqdim edə bilərlər.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər