Gürcüstan Hökumətinin qərarına görə, əhalinin bir hissəsi 1 200
lari işsizlik təzminatı alacaq. Bu yardım 6 ay müddətində hər ay
200 larinin ödənməsini nəzərdə tutur.
Gəlir Xidmətindən verilən məlumata görə, yardım almaq üçün
işəgötürənlər hər ayın 20-si (kriteriyaların həm təqdim olunması,
həm də yoxlanılması üçün) 6 ay ərzində aşağıdakı meyarlara cavab
verən şəxslərin siyahısını təqdim etməlidirlər:
- 2020-ci ilin yanvar ayından 2020-ci ilin noyabr ayına
qədər ən azı 2 ay işləyib və aylıq alıblar (bu məlumat işəgötürən
tərəfindən 2020-ci ilin yanvarın 1-də təqdim olunmuş bəyannamə ilə
sübut olunmalıdır).
- 2020-ci ilin dekabrından 2021-ci ilin fevralına qədər
ən azı bir ay (həmçinin, işinə xitam verilməsi səbəbi ilə) maaş
almayıblar.
- Eyni zamanda qurum, hamiləlik, doğum və uşaq baxımı,
eləcə də yeni doğulmuş körpənin övladlığa götürülməsi ilə əlaqədar
məzuniyyətdə olan, koronavirus yayılması zamanı işə götürülən
işçinin 200 lari təzminat almaq hüququna malik olduğunu
bildirir.
Şirkət nümayəndələri, Gəlir Xidmətinin vətəndaşlara xidmət
mərkəzlərini ziyarət etmədən, uzaqdan 200 lari məbləğində yardım
üçün portaldakı şəxsi səhifələrindən onlayn müraciət edə
bilərlər.
Maraqlanan şəxs, axtarış sisteminə şəxsiyyət nömrəsini, doğum
tarixini və təşkilatın fərdi nömrəsini daxil etməklə işəgötürənin
məlumatları təqdim edib etmədiyini asanlıqla yoxlaya bilər. Bu
xidmətlə işçi, məlumatlarının qanuna uyğun olaraq təzminat üçün
Gəlir Xidmətinə hələ təqdim edilmədiyini aşkar edərsə işəgötürənlə
əlaqə qura biləcək", - deyə qurumdan bildirilib.
Dövlət büdcəsindən maaş verən təşkilatlarda qeydiyyatdan keçmiş
şəxslər, Gürcüstan Milli Bankı, Milli Tənzimləmə Təşkilatı, habelə
səhmlərinin 50%-dən çoxuna dövlət, avtonom respublika və ya
bələdiyyə sahib olan müəssisələrin işçiləri kompensasiyadan
yararlanmaq hüququndan məhrumdurlar.
Əlavə məlumat üçün Gəlir Xidmətinin Məlumat Çağrı Mərkəzinə
müraciət edin: 2 299 299 və ya qurumun
CLOAKING
elektron ünvanına
yazın.
Maliyyə Nazirliyinin Gəlir Xidməti işəgötürənin təqdim etdiyi
məlumatlar əsasında işçinin Gürcüstan Hökuməti tərəfindən verilən
təzminat şərtlərinə cavab verib-vermədiyini yoxlayır, müvafiq
şəxslərin siyahısını tərtib edir və 3 gün ərzində Dövlət
Məşğulluğun Təşviqi Agentliyinə müvafiq məlumatları təqdim
edir.
Gəlir Xidməti, şirkət nümayəndələrini ünvanlı sosial yardım almaq
məqsədi ilə quruma vaxtında dəqiq məlumat verməyə çağırır. Eyni
zamanda, nəzərə alın ki, işəgötürən tərəfindən yanlış məlumat
verildiyi təqdirdə, dövlətə dəyən ziyana görə ərizəçi cavabdehdir”,
- deyə Gəlir Xidmətinin açıqlamasında bildirilib.