Gürcüstan Evangelist-Baptist Kilsəsi Çoxatauridə baş verən hadisəyə
münasibət bildirib - Buknari kəndində yaşayan müsəlmanlar yerli
xristianların kəndlərində müsəlman ibadətgahının olmasına qarşı
çıxdıqlarını söylədilər.
Dünən, 12 yanvar tarixində, qarşıdurmada uşaqlar da daxil olmaqla
üç müsəlman ağır yaralanıb.
Evangelist-Baptist Kilsəsi yepiskop adından Gürcüstan
müsəlmanlarından üzr istədiyini yazıb.
“Gürcüstanın Evangelist-Baptist Kilsəsinin yepiskopu
adından, Gürcüstan müsəlmanlarından təhqir edildiklərinə görə
Xristianlıq adına bir daha üzr istəyirik. Çox təəssüflənirik və
xahiş edirik, müsəlmanların, xristianlatın, yezidlərin, hamımızın
ortaq sahib olduğumuz Tanrının adından, Gürcüstanın dinlərarası
reallığında daha bir son dərəcə biabırçı ləkə olan bu cinayətə görə
bizi bir daha bağışlasınlar." - deyə bəyanatda
yazılıb.
Evangelist-Baptist Kilsəsi hökümətdən yalnız Buknar hadisəsini
deyil, bu günə qədər meydana gələn və "hökümətin bilavasitə və ya
dolayı yolla qarışdığı" bütün hadisələri dərhal araşdırmasını və
buna görə tədbir görmələrini xahiş edir.
"Tarix nə sizin, nə bizim mədəniyyətimizi, istər
hərəkətlə, istərsə də hərəkətsizliklə fobiyaların yaradılması və ya
təbliği üçün bağışlamayacaq.
Ölkəmizin insanları müsəlmanlara qarşı təhrik edən vətəndaşlarına
da müraciət edirik: bu ölkə hər kəsə məxsusdur, bu ölkədə hər kəs
öz dininə etiqad etmək hüququna malikdir, hər kəs öz dini binasını
dininin tələb etdiyi kimi təşkil etmək və inşa etmək hüququna
malikdir. Gürcüstan müsəlman və xristian torpaqlarına bölünməyib.
Bu ölkə inancından, etnik mənşəyindən və mədəniyyətindən asılı
olmayaraq Gürcüstan vətəndaşlarına məxsusdur.
İctimai zorakılığı qınayın və Gürcüstan vətəndaşlarını çəkişməyə
təşviq etməyin. Bu, sizin ən müqəddəs borcunuzdur", -
deyə Evangelist-Baptist Kilsəsi bildirib.
Mənbə: formulanews.ge