Qadınlar üçün orta evlilik yaşı 29-a yüksəlib | Gürcüstan Milli Statistika İdarəsi
Gürcüstanın Milli Statistika İdarəsi "Gürcüstanda qadın və kişi 2020" başlığı altında statistik bir nəşr hazırlayıb.

Nəşrdə təqdim olunan statistika 2019-cu ildə ölkədə gender bərabərliyinin əsas meyllərini əks etdirib.

Nəşrdə verilən məlumata görə, hazırda Gürcüstan əhalisi demoqrafik qocalma prosesini yaşayır: 2000-ci ildən 2020-ci ilədək 65 və daha yuxarı yaşlı qadınların sayı təxminən 22% artıb, kişilər arasında isə eyni nisbət təxminən 14% artıb.

Statistik məlumatlar göstərir ki, ölkələrin böyük əksəriyyətində, daha çox oğlan uşaqları doğulur. Eyni təmayüllər Gürcüstanda da bu illər ərzində kifayət qədər sabitdir.

Yenidoğulmuş oğlanların payı 52%-dir.

30 yaşınadək kişilərin sayı qadınların sayından çoxdur. Bununla yanaşı, 30 və daha yuxarı yaşda, kişilərin ölüm nisbəti yüksək olduğu üçün qadınların sayı kişilərin sayından çoxdur.

"Beynəlxalq səviyyədə kişilər arasında yüksək ölüm nisbəti bir qədər davranış xarakteri daşıyır: alkoqol istehlakında fərqlər, siqaret çəkmə, sürücülük kimi riskli fəaliyyətlərlə məşğul olmaq qadınların kişilərə nisbətən daha uzun yaşamalarını müəyyənləşdirir", – deyə nəşrdə bildirilib.

Statistikada göstərilir ki, miqrasiya Gürcüstanın demoqrafik vəziyyətində mühüm rol oynamağa davam edir.

Mobillik ənənəvi olaraq, kişilər arasında daha yüksəkdir: 2019-cu ildə kişilər immiqrantların 59%-ni və emmiqrantların 56%-ni təşkil edib.

İdarənin verdiyi məlumata görə, son 10 ildə qeydə alınan nikahların orta yaşı durmadan artır: qadınların orta nikah yaşı 2009-cu ildə 26.5, 2019-cu ildə 29.7 olub.

Kişilərdə oxşar artım daha az hiss olunub, evliliyinin orta yaşı müvafiq olaraq 30.2 və 32.6 yaş olub.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google