Tbilisi Meri Kaxa Kaladze, Bələdiyyə Müfəttişliyinin sədri
vəzifəsinə Kaxaber Quledaninin namizədliyini irəli sürüb.
Kaladzenin hökumət iclasında, Kaxaber Quledaninin bu istiqamətdə
böyük iş təcrübəsi olduğunu söyləyib.
“Bələdiyyə müfəttişliyinin sədri vəzifəsinə Kaxaber
Quledaninin namizədliyini irəli sürmək istərdim. Bir neçə il əvvəl
Samqori rayonunun icra başçısı idi, sonra özəl bir sektora keçdi,
amma bu gün onu bələdiyyə müfəttişliyi vəzifəsinə namizəd göstərmə
fürsətimiz var. Bu istiqamətdə çox təcrübəsi var. Hökümət
Administrasiyasında, Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi
Nazirliyində, Gürcüstanın Texniki Tənzimləmə və Milli Metrologiya
Agentliyində çox məsuliyyətli vəzifələrdə çalışmış, çox yaxşı
idarəetmə təcrübəsinə malikdir. Eyni zamanda Regional İnkişaf və
İnfrastruktur nazirinin müavini vəzifəsində çalışıb. Əminəm ki, bu
məsul vəzifəni ləyaqətlə yerinə yetirəcək və şəhərdə asayişi
qorumaq üçün əlindən gələni edəcək”, – deyə Kaladze
bildirib.