"Tri-tri" demirəm, İrakli və mən zarafatla bir-birimizi fransız adları ilə çağırırdıq – Bera İvanişvili
Bera İvanişvili "İmedi TV"-də jurnalistin onun və İrakli Qaribaşvilinin səs yazılarında eşidilən "tri-tri"-nin nə demək olduğu ilə bağlı sualına cavab olaraq bildirib ki, o zaman İrakli Qaribaşvili ilə zarafatla bir-birlərinə fransız adları qoyduqlarını və səs qeydində "tri-tri" yox, "Antuni" demişəm:

""Tri-Tri"-nin haradan gəldiyini bilmirəm, çünki 2010-2011-ci illərdə cənab İrakli Qaribaşvili ilə tez-tez musiqi məsələlərimlə bağlı Fransaya gedirdik və İrakli də fransız dilini yaxşı bilir. Zarafatla bir-birimizə fransız adları qoymuşduq və mən ona "Tri-Tri" yox, "Antuni" demişəm. O zaman bir-birimizə fransız adları verirdik, "tri-tri" sözünün haradan çıxdığını bilmirəm", – deyə Bera İvanişvili “İmedi TV”-yə verdiyi müsahibədə bildirib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər