Batumidə şadlıq evlərinin sahibləri və işçiləri etiraz aksiyası keçirirlər
Batumidə, şadlıq evlərinin sahibləri və işçiləri Acarıstan Hökümət Evi qarşısında etiraz aksiyası keçirirlər.

Aksiya iştirakçıları toylara qoyulan qadağanın aradan qaldırılmasını və şadlıq evlərinin işinin bərpasını tələb edirlər. Onlar banklara olan borclarını qaytara bilmədiklərini deyirlər.

Etirazçılar Acarıstan Hökumətinin sədri ilə görüşməyi də tələb edirlər. Aksiyada şadlıq evində çalışan musiqiçilər, operatorlar, dizaynerlər və digər işçilər də iştirak edirlər.


Mənbə: mtavari.tv
Print Email
FaceBook Twitter Google