"Avropa Sosialistləri"-nin üzvü, millət vəkili Fridon İncia
Gürcüstan prezidentini Levan Mamaladzeni əfv etməyə çağırıb.
Fridon İncia Parlamentin ümumi iclasında Salome Zurabişviliyə
müraciət edib və prezident seçkilərində ona səs verdiyini
söyləyib.
"Müxtəlif siyasi vəziyyətlərə görə əfv üçün müraciət edən məhkumlar
var idi - milyonları mənimsəyən və başqa min cür cinayət törətmiş
insanlar əfv olundu. Mamaladzenin əfvi nə oldu? Bu şəxs təxminən 19
ildir Gürcüstanda deyil. Bunun özü artıq bir
cəzadır", – deyə Fridon İncia qeyd edib.
İncianın sözlərinə görə, Levan Mamaladze nə onun dostu, nə də
qohumu deyil, sadəcə tanıyır.
"Bu adam nə edib, hansı qızıl külçələri götürüb? Bu
qızıl külçələr haradadır, bir şey oğurlasaydı, bu müddət ərzində
ortaya çıxmazdımı?” – deyə Fridon İncia əlavə
edib.
Kvemo Kartlinin keçmiş qubernatoru Levan Mamaladze "Qızılgül
İnqilabından" sonra Gürcüstanı tərk edib. Gürcüstan məhkəməsi onu
külli miqdarda rüşvət tələb etmə ittihamı ilə 17 il həbs cəzasına
məhkum edib.