Milli Ekspertiza Bürosu tərəfindən vəfat edən tibb bacısı Meqi
Bakradze ilə bağlı hələ də müxtəlif araşdırmalar aparılır, yəni
tədqiqatlar hələ tamamlanmayıb və bu səbəbdən yekun sənəd hələ
hazır deyil.
Bu barədə məlumatı Samxarauli Milli Ekspertiza Bürosu yayıb.
Qurumun verdiyi məlumata görə, Milli Ekspertiza Bürosunun
mütəxəssisləri səlahiyyətləri daxilində olan bütün suallara dəqiq,
peşəkar və tam cavablar vermək üçün əllərindən gələni edirlər.
Levan Samxarauli Milli Ekspertiza Bürosu Meqi Bakradzenin ölümü ilə
əlaqədar bir daha təəssüfünü bildirib və ailəsinə başsağlığı
verib.
Məlumat üçün bildirək ki, Səhiyyə naziri Ekaterine Tikaradze keçən
həftə Samxarauli Milli Ekspertiza Bürosu və Tənzimləmə Agentliyinin
27 yaşlı tibb bacısının ölümü ilə bağlı ortaq hesabatının 29 mart
bazar ertəsi günü yayımlanacağını bildirmişdi.
Martın 18-də Axaltsixedəki "İmedi" Klinikasında gənc tibb bacısı
koronavirusa qarşı "AstraZeneka" peyvəndi vurulduqdan sonra komaya
düşmüşdü.
İddiaya görə, tibb bacısı peyvənd vurulduqdan sonra anafilaktik şok
keçirib.
27 yaşlı Meqi Bakradze Təcili tibbi yardım briqadası tərəfindən
Axaltsixedən Tbilisidəki Birinci Universitet Klinikasına
aparılıb.
Gənc tibb bacısı Birinci Universitet Klinikasında vəfat edib.
Hadisə ilə bağlı istintaq aparılır.
Mənbə: report.ge