VMH-ı parlamentin qarşısında utanc dəhlizi ilə gözləyirlər
Gənclər Vahid Milli Hərəkat partiyası üçün utanc dəhlizi təşkil etmək məqsədilə parlamentin arxa çıxışında toplaşıblar və “puflar” gətiriblər.

Etirazçılar heç bir təşkilatı təmsil etmədiklərini və Vahid Milli Hərəkatın ardıcıllıqsız qərarlarına etiraz edən adi vətəndaş olduqlarını söyləyiblər.



“Pufları gətirdik, çünki özləri demişdilər ki, kim parlamentə girərsə, puf olacaq. 8 ay ərzində o qədər mühüm məsələ varkən, əsas mövzu onların parlamentə daxil olub-olmamaları idi. Mövqelərindən dönməyəcəklərini söyləyirdilər və kənara çıxmaq mümkün olsaydı, o ki bu qərar mümkün idisə, Gürcüstan xalqı nəyə görə 8 ay qeyri-müəyyənlik içində qaldı?", - deyə aksiya iştirakçısı Qiorqi Şukvani qeyd edib.

Parlamentə girməyə qərar verən VMH-ın bu gün qanunverici orqana daxil olması gözlənilir. Ancaq "Milli Hərəkat"-ın millət vəkilləri, onları gözləyən utanc dəhlizinə hələ gəlməyiblər.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər