Resurs Mərkəzin keçmiş rəhbəri Marneuli təcridxanasına yerləşdirilib

Marneuli Təhsil Resurs Mərkəzinin səlahiyyətlərini icra edən Zabil Qocayev Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan operativ istintaq tədbirləri nəticəsində şəxsi həyatın toxunulmazlığını pozma ittihamı ilə saxlanılıb.



Daxili İşlər Nazirliyi tərəfindən yayımlanmış məlumata əsasən, törədilmiş cinayətə görə 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Zabil Qocayev Marneuli Resurs Mərkəzinin rəhbəri səlahiyyətlərinin icraçısı vəzifəsinə bir həftə əvvəl təyin olunmuşdu. 9 iyun tarixində aydın olub ki, o, vəzifəsindən istefa verib.

Marneuli Təhsil Resurs Mərkəzindən bildirdilər ki, Qocayev vəzifəsini öz istəyi əsasında, ərizə yazaraq tərk edib. Rəhbər səlahiyyətlərini isə Əli Qəhrəmanov icra edəcək.

Zabil Qocayev Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri səlahiyyətlərini icraçısı vəzifəsinə 2 iyun tarixində təyin olunmuşdu. Həmin vaxt Təhsil Nazirliyindən “Marneuli” radiosuna bildirmişdilər ki, Qocayev rəhbər səlahiyyətlərini altı ay ərzində icra edəcək.

Qeyd edək ki, Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri vəzifəsini son bir neçə il ərzində Kənan Ömərov icra edirdi. O, indi merin müavinidir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər